Vəhşilik! Eltisinin qızını öldürüb

Hindistanda dava etdiyi eltisinin qızının boğazını kəsdikdən sonra qanını içən vəhşi qadın kəndliləri tərəfindən ağaca bağlanıb.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, 6 yaşlı uşağı dörd yaşlı bacısının qabağında öldürən cani daha sonra saxlanılıb.

30 yaşlı cani qadın Vamthala Rasmonun cinayəti, kiçik uşağın anası ilə yaşadığı bir mübahisədən sonra törətdiyi ehtimal edilir.

İki uşağı qaçıran qadın uşaqlardan böyük olanının boğazını kəsərək qanını içib.

Hadisə yerindən qaçan digər balaca uşaq kəndə qayıdaraq şahid olduqlarını danışıb.

Kəndlilər vəhşilik nöqtəsinə çatan qadını tutanda hər şey üçün çox gec olub. Kiçik uşağın cəsədinə çatan kəndlilər gözü dönmüş qadını ağaca bağlayıb. Digər tərəfdən kəndlilər polisə verdikləri ifadədə qadını kiçik uşağın qanını sorarkən gördüklərini iddia edib.

Hadisə ilə bağlı istintaq başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR