Anası prezidentə məktub yazdı, transfer təklifləri yağdı

Anası prezidentə məktub yazdı, transfer təklifləri yağdı
12:05 16 Fevral 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyalı futbolçu Konstantin Yurçikin anası Vladimir Putinə məktub yazıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, buna səbəb oğlunun özünə klub tapa bilməməsi olub. Karyerasına 2014/15 mövsümündə "Torpedo"nun aşağı yaş qrupları üzrə komandalarında başlayan Yurçik sonra bir çox komandada baxışdanr keçirilsə də, bəyənilməyib.

Lyudmila Sarayeva Putinə məktubunda bu sözləri yazıb: "Qorxaq davrandığım və oğlumun seçim etməsinə icazə vermədiyim üçün özümü bağışlamıram. İndi bəzi şeyləri düzəltmək istəyirəm. Axı mən anayam. Vaz keçmək haqqım yoxdu. Bu səbəbdən cənab prezident, szə yazıram".
Putin məktubu idman nazirinə göndərib. Bundan sonra nazirlik müxtəlif klublarla əlaqə yaradılıb. 

Lyudmila Sarayeva yerli mətbuata açıqlamasında "Görürsünüz, məktublar hələ də çox önəmlidi. Bir insanın həyatını dəyişdirə bilər. Mənim məktubum niyə bu qədər diqqət çəkdi, onu da anlamadım" deyib.

Peşəkar futbolçu olmaq arzusuna Putinə göndərilən məktubdan sonra yaxınlaşan Konstantin Yurçik də açıqlama verib: "Anam klublara məktub yollamışdı. Əminəm ki, hamısı həmin məktubları yandırıb. Amma Putinə yazdıqdan sonra işlər dəyişdi. Yatanda telefonumu yanıma qoyuram. Səhər tezdən telefon titrəməyə başladı. Səssiz rejimə qoydum. Yenə titrədi. Açmadım, amma bir daha təkrar olundu. Bir çox klub mənə zəng edirmiş. Şoka düşdüm. Anama "niyə bunu etdin" dedim. Mənə kömək etmək istədiyini bildirdi".

Yurçikə transfer təklifi göndərən klublardan biri "Zenit" olub. Sankt Peterburq klubunun iki komandasında baxışa dəvət edilib, amma testlərdən keçə bilməyib. Ardınca "Zenit" onu aşağı yaş qruplarına qəbul etmək istəyib, lakin bu dəfə yaşı uyğun gəlməyib.

İndi o, digər variantları sınaqdan keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR