Axtarışda olan azərbaycanlını Rusiyada tutdular

Axtarışda olan azərbaycanlını Rusiyada tutdular
12:12 16 Fevral 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

DİN Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq ölkəmizə ekstradisiya olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/731104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR