"Mançester Yunayted"dən 18 yaşlı futbolçuya 80 milyon avro

"Mançester Yunayted"dən 18 yaşlı futbolçuya 80 milyon avro
12:27 16 Fevral 2019
84 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sançoya təkliflər gəlməkdə davam edir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, budəfəki təklif daha cəlbedici olub.

Belə ki, "Mançester Yunayted" də 18 yaşlı vinger uğrunda mübarizəyə qoşulub. "Qırmızı şeytanlar" hətta rəqiblərini qabaqlayaraq rəsmi təklif də göndərib. Belə ki, "mankunianlar" İngiltərə millisinin üzvü üçün 80 milyon avro ilə almanların qapısını döyüb. Keçid reallaşarsa, transfer məbləğinin 15 faizi "Mançester Siti"yə çatacaq. Çünki "şəhərlilər"in yetirməsi olan Sanço 2017-ci ildə "Borussiya"ya keçərkən klublar bunda ortaq məxrəcə gəliblər.

Qeyd edək ki, Ceydon Sançonun "Borussiya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR