Dünəndən bu gün səhərədək Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb

Dünəndən bu gün səhərədək Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb
14:29 16 Fevral 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 15-i gündüzdən 16-sı səhərədək müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu müddət ərzində ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm (aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 mm (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 mm (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7 mm, Kiçik Qafqazda 6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 18 sm, Lerikdə 15 sm, Yardımlıda 10 sm, Şahdağda 7 sm, Daşkəsən, Göygöl, Xaltanda 5 sm, Altıağacda 4 sm, Sarıbaş, Qrızda 3 sm, Kişçay, Xınalıqda 2 sm, Mərəzə, Qusarda 1 sm olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3020567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR