“Avrasiya xidmət mükafatı”nın laureatları müəyyənləşib - Aralarında azərbaycanlılar da var

“Avrasiya xidmət mükafatı”nın laureatları müəyyənləşib - Aralarında azərbaycanlılar da var
14:37 16 Fevral 2019
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin nüfuzlu ictimai təşkilatlarından olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi ("EkoAvrasya") Türkiyə ilə Avrasiya ölkələri arasında dostluğun möhkəmlənməsinə töhfə verən ziyalıları mükafatlandıracaq.

Bununla bağlı "EkoAvrasya" İdarə Heyətinin son toplantısında qurumun təsis etdiyi "Avrasiya xidmət mükafatı"nın laureatları müəyyənləşib.

Dərnəkdən verilən məlumata əsasən, "Avrasiya xidmət mükafatı"na Ərşad Salihi (İraq Türkmən Cəbhəsinin başqanı), Derviş Eroğlu (Şimali Kipr Türk Cümhuriyyətinin sabiq prezidenti), Adil Əliyev (Azərbaycan millət vəkili), Aqil Ələsgər (Azərbaycan "Yeni Çağ" Media Qrupunun rəhbəri), Refat Çubarov (Krım-Tatar Milli Məclisinin sədri) da daxil olmaqla, ümumilikdə 20 nəfər layiq görülüb.

"EkoAvrasya"nın təsis etdiyi "Avrasiya xidmət mükafatı"nın təqdimetmə mərasimi martın 20-də Ankarada keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/731176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR