Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına CAVAB VERDİ - VİDEO

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına CAVAB VERDİ - VİDEO
14:53 16 Fevral 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib və Azərbaycan rəsmilərinin mövqeyini dəstəkləyib.

Çeçen nazir bildirib ki, Çeçenistan rəhbərliyi Moskvada baş vermiş bu hadisə haqqında məlumatlıdır, hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib. Musavat.com Umarovun münasibətini ifadə edən və sosial şəbəkələrdə yayılan kiçik bir video-lenti də təqdim edir.

Qeyd edək ki, Əli Həsənov bu kriminal hadisəyə sosial-etnik xarakter verilməsinə qarşı çıxmış, Azərbaycan və çeçen xalqlarını dost və qardaş xalqlar kimi səciyyələndirmişdi.

(musavat.com)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/269828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR