Azərbaycan Premyer Liqasında XVII tura start verilib

Azərbaycan Premyer Liqasında XVII tura start verilib
15:12 16 Fevral 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
“Report” xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq. Əvvəlcə axırıncı sıradakı “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Hər iki komanda qış fasiləsindən sonra keçirdikləri görüşlərdə uduzublar. Meydan sahibləri “Səbail” (0:3) və “Neftçi”yə (0:2), qonaqlar isə “Qəbələ” (0:1) ilə “Qarabağ”a (0:2) məğlub olub.
“Keşlə” bu oyunda qalib gələrsə, 15 xalla 6-cı pillədə qərarlaşan “Sumqayıt”ı keçəcək. Çünki paytaxt klubu bu qələbə sayəsində şəxsi görüşlərdə rəqibini qabaqlayacaq. Bu kollektivlər indiyə qədər milli çempionatlarda 26 dəfə qarşılaşıblar. Bunun 13-də bakılılar, 6-da isə sumqayıtlılar 3 xal əldə edib.
“Keşlə” bu rəqiblə 15 oyundur meydanı qolsuz tərk eləmir. Son 6 görüşdə hər iki komanda qol vurub. “Sumqayıt” səfərdə 3 matçdır uduzmur.
Günün digər oyunu Zirədə qəsəbənin eyni adlı təmsilçisi ilə “Neftçi” arasında olacaq. Hər iki komanda son turda 2 cavabsız qolla qalib gəlib. Meydan sahibləri “Səbail”dən, qonaqlar “Keşlə”dən güclü olub. Qış fasiləsindən dərhal sonra isə “ağ-qaralar” “Qarabağ”la heç-heçə ediblər – 1:1. “Qartallar” isə “Sabah”a 0:2 hesabı ilə uduzublar.
Bu kollektivlər arasında ilk dövrədə baş tutan oyunların birində “Neftçi” qalib gəlib – 2:1. Digərində isə 2:2 hesablı heç-heçə qeydə alınıb. Ancaq ümumi statistikada “Zirə” üstündür: +8=4-2. Hərçənd “ağ-qaralar” son 4 oyunda meydandan qolsuz və xalsız ayrılmayıb. Zirəlilərin bu rəqiblə ev oyunlarında heç-heçə qeydə alınmayıb.
Hazırda 37 xalla 1-ci pillədə qərarlaşan “Neftçi” ən yaxın izləyicisi “Qarabağ”la aradakı 3 xallıq fərqi artırmaq istəyir. “Zirə” isə 13 xalla 7-ci sırada olduğu üçün təhlükəli zonadan uzaqlaşmağa can atır.
Azərbaycan Premyer Liqası
XVII tur
16 fevral (şənbə)


15:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”
İlk iki dövrə - 1:2, 4:1
17:30. “Zirə” – “Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Kompleksinin stadionu
İlk iki dövrə - 1:2, 2:2

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-xvii-tura-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR