Ekspert: "Çeçen və azərbaycanlıları küsdürməyə çalışan bəzi qüvvələrin səyləri uğursuzluğa məhkumdur"

Ekspert: "Çeçen və azərbaycanlıları küsdürməyə çalışan bəzi qüvvələrin səyləri uğursuzluğa məhkumdur"
15:22 16 Fevral 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvanın "Neolit" kafesində azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insident birmənalı olaraq azərbaycanlılara qarşı yönəlmiş təxribatdır.

Milli.Az bildirir ki, bunu Trend-ə həmin insidenti şərh edən rusiyalı politoloq Fərhad İbrahimov deyib.

Politoloqun fikrincə, bu cür təxribat Rusiyada azərbaycanlıların həyat şəraitinin pisləşməsində maraqlı olanlara sərf edir:

"Əlbəttə, bu cür insidentlər Azərbaycan və çeçen xalqlarının dostluq və qardaşlıq münasibətlərinə ziyan vura bilməz. Rusiya hər şeyi edir ki, xalqlar arasında münaqişələr baş verməsin, amma bu xalqları bir-birindən küsdürməyə çalışan kimlərsə ortaya çıxır. Bununla belə, çeçenlərlə azərbaycanlılar arasında ümumi nöqtələr çoxdur".

F.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında şəxsi dostluq münasibətlərini iki xalq arasında etimad və etibarlılığın göstəricisi kimi qiymətləndirib.

Onun sözlərinə görə, xalqlarımız arasında münasibətlərin pisləşməsində maraqlı olan qüvvələrin səyləri uğursuzluğa məhkumdur.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/731186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR