Bakıda silahlı şəxs saxlanılıb

Bakıda silahlı şəxs saxlanılıb
15:42 16 Fevral 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm ümumi çəkisi 5 qram olan narkotik vasitə heroin və bir büküm çəkisi 8 qram olan tiryək aşkar olunaraq götürülüb. Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd “Makarov” markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilib. 





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-silahli-sexs-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR