Xaçmazda axtarışda olan şəxslər saxlanılıb

Xaçmazda axtarışda olan şəxslər saxlanılıb
18:07 16 Fevral 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

16 fevral. Xaçmaz. REPORT.AZ/ Xaçmaz şəhərində axtarışda olan şəxslər saxlanılıb.
Bu barədə "Report"un Şimal bürosuna DİN-in Mətbuat xidmətinin Şimal regional qrupundan məlumat verilib.
Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəhmanlı kənd sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə axtarışda olan Təvəkkül Zeynalov və Sumqayıt şəhər sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə axtarışda olan Vüqar Kərimov şəhər ərazisində saxlanılıblar.
Araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xacmazda-axtarisda-olan-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR