Burak Özçivit Özbəkistanda qadınlarla yemək yedi, 2 milyon qazandı - FOTO

Burak Özçivit Özbəkistanda qadınlarla yemək yedi, 2 milyon qazandı - FOTO
18:17 16 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Burak Özçivit Özbəkistanda Sevgililər Günündə qadın pərəstişkarları ilə görüşüb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, aktyor bu tədbirdən 2 milyon lirə qazanıb (660 min manata yaxın).

Özbəkistanda geniş pərəstişkar kütləsinə sahib olan Burak foto çəkdirmək istəyənlərin təklifni qəbul edib. Tədbirdən əvvəl və sonra ona göstərilən diqqətdən məmnun qalan Özçivit sosial şəbəkədə ən çox adı hallanan məşhurlardan biri olub.

Özbəkistandakı tədbirdən sonra Özçivit evinə, onu gözləyən 7 aylıq hamilə həyat yoldaşı Fahriye Evcenin yanına qayıdıb. Türk mətbuatının xəbərinə görə, onun bu tədbirdə iştirakı Fahriyenin reaksiyasına səbəb olub.

Qedy edək ki, Burak ötən ay da 80 zəngin qadınla yemək yemişdi və bu işdən də pul qazanmışdı.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/731230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR