Sahibsiz itlər Ağa Nemətulla küçəsində yaşayanları boğaza yığıb...

Sahibsiz itlər Ağa Nemətulla küçəsində yaşayanları boğaza yığıb...
18:52 16 Fevral 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib.

Milli.Az bildirir ki, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20/1 ünvanda yaşayan sakinlər virtualaz.org-a müraciətində xüsusilə səhər və axşam saatlarında qorxudan küçəyə çıxa bilmədiklərindən şikayətləniblər.

Sakinlərin sözlərinə görə, yaxınlıqda uşaq bağçası yerləşir, bu səbəbdən sürü ilə gəzən itlər hər an fəlakətə səbəb ola bilər. "Ərazidə böyük zibilxana var, zibil qutuları azdır, tullantılar ətrafa yayılır. Bu isə məhəlləyə itlərin toplanmasına səbəb olur. Bir yandan sahibsiz itlər, digər yandan natəmizlikdən çarəsiz durumdayıq", - sakinlər deyiblər.

Qeyd edək ki, sahibsiz itlər yalnız paytaxtın mərkəzində deyil, Bakıətrafı kənd və qəsəbələrdə də problemə çevrilib. Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi fəaliyyyətini dayandırdığından hazırda itləri qəbul edən yoxdur.

Amma yaxın vaxtlarda paytaxt sakinlərinin sahibsiz heyvanlarla bağlı qayğısı öz həllini tapacaq. Çünki Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərlə bağlı layihə həyata keçirilir. Dünən Heydər Əliyev Fondunun və Bakı Şəhər Icra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində Balaxanı qəsəbəsində yaradılan "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin açılışı olub. Mərkəzdə yenilənmə işinə ötən ilin oktybrında başlanıb. Burada itlərin saxlanılması üçün xüsusi yerlər (volyerlər), karantin reabilitasiya qəfəsləri yaradılıb. Mərkəzin əməkdaşları sahibsiz itləri toplayaraq "Toplan"a təhvil verəcəklər. Burada sahibsiz itlər müəyyən müddət ərzində saxlanılacaq, müayinədən keçiriləcək, sterilizasiya və peyvənd olunacaq, onların bədəninə mikroçip yerləşdiriləcək.

Bu mərhələlərin ardınca müəyyən müddət keçdikdən (karantindən) sonra sağlam sahibsiz itlər sərbəst buraxılacaq. Yeni mərkəzdə sahibsiz itlərin sterilizasiyası və peyvənd olunması həyata keçirəcək baytar həkimlər, onların tutulmasını təşkil edəcək xüsusi mütəxəssislər çalışacaqlar. Mərkəzdə sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərəcək. Həmçinin küçə itlərinin aşkar edilməsi və onlara müvafiq yardım göstərilməsi məqsədilə "Qaynar xətt" fəaliyyət göstərəcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/731239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR