Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA

Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA
19:18 16 Fevral 2019
119 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Neolit" restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqala K-1 döyüşçüsü, kikboksinq üzrə Avropa və dünya çempionu Zabit Səmədov da biganə qalmayıb.

Axar.az xəbər verir ki, dünya çempionu sosial şəbəkədəki hesabında Azərbaycan və çeçen xalqlarının tarixən bir-birinə bağlı olduğunu, iki xalq arasında daim qardaşlıq münasibətləri olduğunu bildirib.

Z.Səmədov müraciətində bildirib: "Əziz dostlar, qardaşlar, qafqazlılar! Bizim əcdadlarımızın keçdiyi yol Qafqaz xalqları üçün cəsarətli nümunədir. Bizi tariximizə hörmət etməyə, şəfqət göstərməyə, din və qürurlu Qafqaz ərazisində yaşayan qardaşlara kömək etməyə öyrədiblər. Bu gün biz Azərbaycan və Çeçenistan Respublikasının xalqları arasında qarşılıqlı səmimi münasibətin, eləcə də qarşılıqlı təsirin və nəsildən-nəsilə bizim əcdadlarımızın münasibətlərinin davamının şahidiyik. Mən qürurla deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdir, hiss edirəm ki, mənim sevimli Çeçenistan Respublikamda mənim xalqım haqqında səmimiyyətlə danışırlar. Mən əminəm ki, bizim xalqlarımız onların oyununa gəlməyəcək. Rusiya və qonşu dövlətlərin ərazilərində yaşayan qardaş xalqların arasında fitnə salmağa çalışırlar. Biz buna icazə verməyəcəyik!"


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/269852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR