Bakıda güclü partlayış

Bakıda güclü partlayış
13:56 14 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda təmir sexində partlayış baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhər sakini Tahir Qocayevə məxsus avtomobil təmiri sexində təbii qazın sızmasından partlayış baş verib.

Hadisə yanvarın 13-də saat 12 radələrində Binəqədi rayonunun A.Kunanbəyov küçəsində qeydə alınıb.

Partlayış zamanı avtomobil təmiri sexinin sahibi T.Qocayev yanıq xəsarəti alıb. O, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR