“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…” – Erməni politoloqdan ŞOK İDDİA

“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…” – Erməni politoloqdan ŞOK İDDİA
22:12 16 Fevral 2019
58 Dünya
Ölkə mətbuatı
A- A+

"Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinə yönəlik yürütdüyü siyasət baxımından indiki hakimiyyət arasında oxşarlıq yoxdur".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Tevan Poqosyan deyib.

Ekspertə görə, keçən il hakimiyyət dəyişikliyi olduqdan sonra Ermənistanda bir çox sahələrdə ciddi dəyişikliklər baş verib:

"Petrosyanın Qarabağla bağlı səsləndirdiyi fikirləri xatırlamaq lazımdır. O, bir çox məqamlarda bölgənin Azərbaycana verilməsindən danışırdı. Keçən il isə xalq Qarabağın müzakirələrə qatılması üçün indiki hakimiyyətə səs verdi.

Əgər Paşinyan verdiyi vədi yerinə yetirməsə, sonunun nə olacağını bilir. Xalq bu halda hansı qərarı verəcəyini yaxşı bilir. Keçən il Ermənistanda baş verən hadisələrdə də bunu gördük".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR