Botoksla dolğunun fərqi

Botoksla dolğunun fərqi
22:47 16 Fevral 2019
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xanımların kosmetoloqa müraciət etmə səbəbləri arasında üzdəki qırışların açılması əsas sıradadır. Lakin xanımlar bu problemi aradan qaldırmaq üçün botoks, yoxsa dolğu etdirməyi dəqiq bilmirlər.Bəzən pasiyent deyir ki, dodağıma botoks vur. Yəni bu iki proseduru çox vaxt bir-biri ilə səhv salırlar. Bəs botoksla dolğunun fərqi nədir?

Hələ uzun illər öncə botoksdan göz qırpmalarında, tiklərdə müalicə məqsədilə istifadə edirdilər. Sonradan müşahidə olunub ki, bu iynə ilə nəinki tiklər keçir, həm də o nahiyədə qırışlar açılır. Ondan sonra, təxminən son 20 il ərzində botoksdan estetik məqsədlə istifadə etməyə başladılar və yaxşı nəticələr aldılar. Hətta gündən-günə də təkmilləşdirirlər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, botoks botulinum toksinindən əldə edilən kimyəvi maddədir. Vahidlərlə hesablanan miqdarda qırış olan hissəyə yeridirik. Həmin botulinum toksin çöpləri qırış olan mimika əzələlərini iflic edir, nəticədə qırışlar açılır. Botoks yalnız göz ətrafı, alın və iki qaş arasına vurulur. 7-10 gündən sonra müsbət nəticə görünür. Qalıcılıq müddəti isə 3-6 aydır. Sadəcə olaraq, botoks vurduran adama sauna, isti buxar, antibiotik vurdurmağı məsləhət görmürük. Onda iynənin qalıcılığı tez keçir.

Xanımlar bəzən "iflic" sözünü eşidib, botoks etdirməkdən qorxurlar. Botoksdan qorxmaq lazım deyil. Onun heç bir mənfi təsiri yoxdur. Hər şeyin norması var və mütəxəssisi düzgün seçmək lazımdır. Suyu da çox içəndə zərərli olur. Bəlkə 40 dəfə botoks etdirəndən sonra pasiyenti hansısa təhlükə gözləyə bilər. Yəqin ki, bu qədər botoksa isə bir ömür yetməz. Üstəlik, botoks miqren ağrılarına da faydalıdır. 

Qeyd edim ki, botoks dolğu deyil. Onunla yalnız qırış olan hissəni hamarlayırlar. Loru dildə desək, botoks dərini "ütüləyir". Dolğu isə adından göründüyü kimi, hansısa nahiyəni doldurur.

Dolğuda aktiv komponent hyaluron turşusudur. Hyaluron turşusu orqanizm üçün ən təhlükəsiz və lazımlı maddədir. Hətta yaşlı şəxslərin oynaqları ağrıyanda o hissəyə hyaluron turşusu vururlar. Sadəcə, onu düzgün yerə və düzgün konsentrasiyanı seçərək vurmaq lazımdır. Konsentrasiya artdıqca qalıcılıq çoxalır. Hyaluron turşusu ağızətrafı, dodaq, gözaltı nahiyə və gicgahlara vurulur. Qalıcılığı 9-15 aydır. Emosional danışan xanımlarda qalıcılıq azalır, çünki üzdə qan dövranı daim aktivdir. Dolğu vurulandan sonra pasiyentə qaynar su, duzlu, istiotlu yemək olmaz.

Hər iki prosedurda yaş həddi yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/729381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR