Bakıda mağazadan oğurluq edən 4 yeniyetmə saxlanılıb

Bakıda mağazadan oğurluq edən 4 yeniyetmə saxlanılıb
23:08 16 Fevral 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda oğurluq edən 4 yeniyetmə saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılıb. Onlar 20-ci Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3020471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR