Şamaxıda yenidən vulkan püskürüb

Şamaxıda yenidən vulkan püskürüb
23:37 16 Fevral 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxıda yenidən vulkan püskürüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonun Kiçik Xınıslı kəndində baş verib. Vulkan püskürməsi iki nöqtədə olub.

Yarım saat davam edən proses nəticəsində əkin sahəsi palçıq qatı altında qalıb. Hadisə şahidlərinin sözlərinə görə, vulkanın püskürdüyü palçıq 4-5 metr hündürlüyə qalxaraq ətrafa yayılıb.

Sözügedən ərazidə ilk dəfədir ki, vulkan püskürür.

Şamaxı rayon İcra Hakimiyyəti aparatının baş memarı Rüstəm Əliyev vulkanın ciddi təhlükəli olmadığını bildirib.

Qeyd edək ki, bu, son günlər baş verən növbəti təbiət hadisəsidir. Belə ki, fevralın 13-də də Şamaxı rayonunda vulkan püskürüb. Təbiət hadisəsi rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/731320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR