Cüdoçularımız İspaniya turnirinə uğurla başlayıblar

Cüdoçularımız İspaniya turnirinə uğurla başlayıblar
09:37 17 Fevral 2019
55 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirinə start verilib.

Milli.Az report-a istinadən bildirir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın ilk günü 1 qızıl və 1 bürünc medal qazanıblar.

55 kq çəki dərəcəsində yarışan Nicat Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qalibi olub. 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub. Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 8 cüdoçu təmsil edir.

Daha əvvəl cüdoçu Oruc Vəlizadə Romada qızıl medal qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR