ABŞ-da girov götürülən zaman 4 nəfər ölüb

ABŞ-da girov götürülən zaman 4 nəfər ölüb
09:37 17 Fevral 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Amerikanın Missisipi ştatında dinc sakinlər girov götürülən zaman 4 nəfər ölüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Fox8 so" telekanalı məlumat yayıb.
Nəşrin yazdığına görə, hadisə şənbə günü Klinton şəhərində baş verib. Naməlum şəxs yaşayış evində təqribən 12 nəfəri girov götürüb.
Evdə bir ailənin üzvləri olub, lakin onların dəqiq sayı hələ məlum deyil. Polis "əməliyyatın başa çatmasından əvvəl bir neçə saat ərzində" uşaqları azad edə bilib. Hadisə zamanı 4 nəfər öldürülüb. Polisdən xəsarət alan olmayıb. Şübhəli şəxs saxlanılıb.
Hadisənin səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-girov-goturulen-zaman-4-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR