"Düşünmürəm ki, Böyük Britaniya təşkilatı razılaşmasız tərk edəcək" - Çexiya XİN

"Düşünmürəm ki, Böyük Britaniya təşkilatı razılaşmasız tərk edəcək" - Çexiya XİN
09:42 17 Fevral 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya Brüssellə razılaşma əldə etməmiş Avropa İttifaqını tərk etməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə Çexiyanın xarici işlər naziri Tomaş Petrjiçek bildirib.

T.Petrjiçek deyib: "Böyük Britaniyanın Avropa İttifaqından razılaşma əldə etmədən çıxması tərəflərdən heç birinin maraqlarına uyğun deyil. Düşünmürəm ki, Böyük Britaniya təşkilatı razılaşmasız tərk edəcək. İnanıram ki, tərəflər razılaşma əldə edəcəklər. Britaniya tərəfi müvafiq istəklə müraciət etsə "Brexit"in həyata keçirilmə müddətinin gecikdirilməsi imkanı mövcuddur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR