Bakıda mənzillərə qənim kəsilən keçmiş məhkum saxlanıldı

Bakıda mənzillərə qənim kəsilən keçmiş məhkum saxlanıldı
10:22 17 Fevral 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki 2 mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda sübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ramin Ələsgərov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/731347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR