"07" ağaca çırpıldı: 2 nəfər yaralanıb - FOTO

"07" ağaca çırpıldı: 2 nəfər yaralanıb - FOTO
10:32 17 Fevral 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz şəhərində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən bildirir ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1985-ci il təvəllüdlü sürücü Ruslan İbrahimov və 1976-cı il təvəllüdlü sərnişin Əvəz Sadıqov müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Göygöldə iki minik maşını toqquşub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/731349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR