Tornado zamanı yaralanan qadın "Sevgililər günü"ndə öldü

Tornado zamanı yaralanan qadın "Sevgililər günü"ndə öldü
10:42 17 Fevral 2019
76 Dünya
Ölkə mətbuatı
A- A+

Kubada yanvarda baş verən tornado nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Daha öncə 6 nəfərin öldüyü bildirilirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, 41 yaşlı qadın dünyasını dəyişib. Qadın tornado zamanı bir neçə zədə almışdı və iki əməliyyat keçirmişdi. Buna baxmayaraq o, fevralın 14-ü dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın sonunda Kubanın paytaxtı Havanada tornado baş verib, nəticədə 200-ə yaxın insan xəsarət alıb. Hadisə nəticəsində 1200-dən çox bina qismən və yaxud tam olaraq dağılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR