x
Loading...

Birinci vitse-prezident Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib - FOTO
11:22 17 Fevral 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından Gəncənin "İmamzadə" dini kompleksində ehsan verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb. Ehsan süfrəsində Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər və aztəminatlı ailələrin üzvləri bir araya gəliblər.

Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ruhlarına dualar oxunub.

Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə "İmamzadə" dini kompleksini ziyarət ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/731359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR