Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunda tamblinq üzrə gümüş medal qazanıb

Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunda tamblinq üzrə gümüş medal qazanıb
14:15 17 Fevral 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastı Mixail Malkin Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə keçirilən Dünya Kubokunda tamblinq üzrə gümüş medal qazanıb (74.600).

Trend-in məlumatına görə, birinci və üçüncü yerlərin sahibləri rusiyalı Vadim Afanasyev (75.100) və Maksim Ryabikov (72.000) olublar.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3020799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR