Donbasda döyüşən azərbaycanlı əsir düşdü - VİDEO

Donbasda döyüşən azərbaycanlı əsir düşdü - VİDEO
14:17 17 Fevral 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Donbas separatçılarının tərəfində döyüşən Elvin Seyidov adlı Azərbaycan vətəndaşı əsir düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə UA_NATO_USA Tvitter səhifəsi məlumat yayıb.

Seyidov dindirilmə zamanı Donbasda nə üçün döyüşdüyünü açıqlayıb. Azərbaycanlının sözlərinə görə, ona Rusiya pasportu söz veriblər. Çünki o, Rusiyaya tez-tez işləməyə gedib və ona pasportsuz çox çətin idi.

Seyidov bildirib ki, Ukraynaya təkcə pasporta görə deyil, həm də pul qazanmaq üçün yollanıb. Separatçılar ona döyüşlərdə özünü yaxşı göstərəcəyi təqdirdə həftədə 1250 qrivna maaş da vəd veriblər.

O, bir aya yaxın separatçıların tərəfində pulsuz vuruşub. İlk maaşını almağa bir neçə gün qalmış isə Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Donbasda döyüşən azərbaycanlı əsir düşdü


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR