Azərbaycan Güləş Federasiyasının vitse-prezident: Azərbaycanlılar və çeçenlər arasında dostluğa heç zaman xələl gəlməyəcək

Azərbaycan Güləş Federasiyasının vitse-prezident: Azərbaycanlılar və çeçenlər arasında dostluğa heç zaman xələl gəlməyəcək
14:22 17 Fevral 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş verən dava təxribatdır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib. Federasiya rəsmisi bildirib ki, Moskvada baş verən bu insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz: "Son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost çeçen xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib və bu xeyli narahatllq doğurur. Onilliklər boyu dost və qardaş münasibətində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir. Bu gün ölkəmizdə çeçen xalqının xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur. Mütəmadi olaraq Çeçenstan idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmişik və aramızda heç zaman fikir ayrılığı olmayıb. Hətta qarışıq döyüş növləri üzrə dünyaca məşhur çeçen idmançılar Mairbek Taysumov və Yusuf Raisov da bizimlə təlim-məşq toplantısında bir araya gəlib və səmimi qəbul üçün təşəkkür ediblər".

F.Umudov qeyd edib ki, bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Çeçenstan prezidenti Ramzan Kadırovla Bakıdakı görüşündə də xalqlarımız arasında hər zaman dost münasibətlərin olduğu bildirilib, dar gündə bir-birimizin yanında olduğu xüsusi vurğulanıb: "Azərbaycan həmişə çeçen xalqına öz kömək əlini uzadıb, yardımını əsirgəməyib. Baş verənləri hər birimiz dərin narahatlıq hissi ilə qarşılayır və sizi təxribata uymamağa çağırırıq. Əminəm ki, hər şey ən qısa zamanda yoluna düşəcək və dostluğumuza heç zaman xələl gəlməyəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3020804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR