Messi ilə göürşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO

Messi ilə göürşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO
14:32 17 Fevral 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Sellofan torbadan Lionel Messi forması düzəldərək bütün dünyaya məşhur olan əfqanıstanlı Murtaza Əhmədi adlı uşağın həyatı cəhənnəmə çevirilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə onun anası açıqlama verib. Uşağın anası bildirib ki, oğlunun dünya mediasında məşhurlaşmasından sonra həyatları radikal şəkildə dəyişib. "Taliban"ın hədəfinə çevirilən ailə hər gün ölüm təhdidləri alır və bu qorxunun altında həyatlarına davam edirlər. Onlar ötən il təhdidlər səbəbindən evlərini tərk etməli olublar. 

Qeyd edək ki, Murtaza Əhmədi sellofan torbalı Messi forması ilə məşhurlaşandan sonra 2016-cı ildə Messi ilə görüşmüşdü. "Barselona"nın ulduzu ona top və imzalı forma hədiyyə etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR