Mixail Malkin: "Lazım olan hərəkəti etsəydim, qalib gələrdim"

Mixail Malkin: "Lazım olan hərəkəti etsəydim, qalib gələrdim"
15:07 17 Fevral 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ “Qalib olan idmançı dünya rekordu qırıb. Mən də yarış ərzində ikinci yerdə gedirdim”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanan Azərbaycan tamblinqçisi Mixail Malkin deyib.
Avropa çempionu olan gənc idmançı ikinci yerdə qalmaq üçün asan hərəkətlərə üstünlük verdiyini vurğulayıb:
“Gördüm ki, rəqib də asan hərəkətlər edir. Lazım olan hərəkəti etsəydim, qalib gələrdim. Çalışırıq və inanıram ki, gələcək yarışlarda qızıl medal qazanacağam”.
Malkin Dünya Kubokunun təşkilatçılığı barədə də xoş sözlər söyləyib:
“Yarış barədə hər şey yaxşıdır - təşkilatçılıq, azarkeşlər. Hamısı çox gözəldir. Amma gümüş medal mənim əhval-ruhiyyəmi aşağı saldı. Rusiyalı rəqibim güclü idi. Amma onu Avropa çempionatında məğlub etmişəm. Müəllimim məndən razıdır. Bundan sonra üç dənə də Dünya Kuboku var. Ondan sonra isə noyabr ayında Türkiyədə dünya çempionatı keçiriləcək. Onlara hazırlaşırıq. Ümid edirəm ki, orada qızıl medal götürəcəyəm”.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/mixail-malkin-lazim-olan-hereketi-etseydim-qalib-gelerdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR