Bakıda Dünya Kubokunda tamblinq yarışlarının qalibləri mükafatlandırılıblar - FOTO

Bakıda Dünya Kubokunda tamblinq yarışlarının qalibləri mükafatlandırılıblar - FOTO
15:22 17 Fevral 2019
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinq yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, kişilər arasında birinci yeri rusiyalı gimnast Vadim Afanasyev, ikinci yeri Azərbaycan təmsilçisi Mixail Malkin, üçüncü yeri isə digər rusiyalı idmançı Maksim Ryabikov tutub.

Qadınlar arasında qızıl və gümüş medallara ukraynalı gimnastlar Darina Kozyarska və Alina Mamçur sahib olublar.

Həmçinin turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku təqdim olunub. Bu mükafata Azərbaycan idmançısı Mixail Malkin və Çin təmsilçiləri Qianqi Lin və Syao Tu layiq görülüblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR