İkardi agentinə görə "Real Madrid"ə keçməyib

İkardi agentinə görə "Real Madrid"ə keçməyib
15:32 17 Fevral 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in hücumçusu Mauro İkardi ötən yay Real Madrid-ə keçə bilərmiş.

Milli.Az bildirir ki, goal.az-ın Marca nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" son anda argentinalı forvarddan imtina edib. Madrid təmsilçisi futbolçunun həyat yoldaşı, eyni zamanda meneceri olan Vanda Naraya görə bu addımı atıb.

V. Naranın danışıqlar zamanı tez-tez fikir dəyişdirməsi "Real" rəsmilərinin narazılığına səbəb olub. Məhz bundan sonra ispan klubu İkardini almaq fikrindən daşınıb və danışıqlar dayandırılıb.

Qeyd edək ki, İnter rəhbərliyi ilə münasibətləri korlanan İkardinin transferə çıxarıldığı söylənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR