Azərbaycanın Müdafiə naziri İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir (FOTO)

Azərbaycanın Müdafiə naziri İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir (FOTO)
16:01 17 Fevral 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Trend-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3020821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR