Zakir Həsənov İDEX - 2019 sərgisində iştirak edir - FOTO

Zakir Həsənov İDEX - 2019 sərgisində iştirak edir - FOTO
16:13 17 Fevral 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Publika.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/269915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR