Yuyulmağa verilən maşın qaçırıldı

Yuyulmağa verilən maşın qaçırıldı
13:57 14 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə avtomobil avtoyuma məntəqəsindən qaçırılıb.

Mingəçevir Şəhər Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də Mingəçevir şəhəri Rəsul Rza küçəsində yerləşən avtoyuma məntəqəsində Yevlax rayon sakini Süleyman Məmmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran, Mingəçevir şəhər sakini Təbriz Eyvazov Yevlax rayonu ərazisində yaxalanaraq Mingəçevir polisinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR