“Şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı

“Şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı
18:42 17 Fevral 2019
83 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Surqut şəhərində üzərində "şəhid kəməri" olan terrorçu-kamikadzelərin saxlanılması ilə bağlı xəbər yalan çıxıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, saxlanılan şəxslər "Yehova şahidləri" təşkilatının üzvləri olub.

Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsindən bildiriblər ki, əməliyyat zamanı təşkilatın ən fəal üzvləri tutulub.

Sekta üzvləri insanları ailələri və qohumları ilə əlaqəni kəsməyə çağırıblar. Yaxın zamanlarda onlara qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürüləcək.

Xatırladaq ki, bu günlərdə Surqut şəhərində üzərində "şəhid kəməri" və silah olar terrorçu-kamikadzelərin saxlanılmasını əks etdirən video yayılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR