"Sabah" məğlubiyyətlə üzləşdi

"Sabah" məğlubiyyətlə üzləşdi
18:48 17 Fevral 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Bayıl Arena"da "Səbail" və "Sabah" komandaları üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Ağabala Ramazanov vurub.

Bu qələbə sayəsində xallarını 27-yə çatdıran "Səbail" komandası 3-cü pillədə möhkəmlənib. 20 xala malik "Sabah" isə 20 xalla 5-cidir.

Turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Qəbələ" arasında keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/269921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR