Azərbaycanda vulkan XƏBƏRDARLIĞI - VİDEO

Azərbaycanda vulkan XƏBƏRDARLIĞI - VİDEO
20:18 17 Fevral 2019
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkənin ən təhlükəli vulkanlarından biri olan Bozdağ-Qobu vulkanı bu il ərzində püskürə bilər.

Publika.az xəbər verir ki, bu barədə Xəzər Xəbər-ə Geologiya və Geofizika institutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev deyib.

O bildirib ki, vulkan püskürərsə yaxınlıqda yaşayan sakinlər üçün təhlükə yaranabilər. Elə buna görədə bəzi sakinlər indidən mənzillərini satışa çıxarıb.

Belə ki, Şamaxıda zəlzələnin baş verməsi Bozdağ-Qobu vulkanının da püskürmə ehtimalını artırıb.

Bozdağ-Qobu vulkanı, ilk dəfə 1827-ci ildə püskürüb. 1974-cü ildə bu vulkanın alovunun hündürlüyü 400 metrə qədər, hərarəti isə 1000 dərəcə selsidən çox olub. Eyni zamanda 300 min kub metr həcmində vulkan palçığı əraziyə yayılıb.

Bozdağ-Qobu vulkanının yaxınlığında yaşayan sakinlər hər an baş verə biləcək hadisədən qorxduqlarını bildirirlər.

Qeyd edək ki,Bozdağ-Qobu vulkanı ən təhlükəli vulkanlardan biri hesab olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/269925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR