Kürdəmirdə avtomobilin beton lövhəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb

Kürdəmirdə avtomobilin beton lövhəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb
20:22 17 Fevral 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir. 17 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 172 kilometrliyində, Karrar kəndi ərazisində qeydə alınıb. 
Bərdə şəhər sakini, 1959-cu il təvəllüdlü Rövşən Müslüm oğlu Ağayev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Gəncə istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib və maşın yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə R.Ağayev və sərnişini, 1967-ci il təvəlüdlü Gəncə şəhər sakini Həqiqət Əlihüseyn qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. R.Ağayev Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. H.Məmmədovanın vəziyyəti ağır olduğundan o, həmin xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-avtomobil-beton-lovheye-cirpilib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR