Qurban Qurbanov: "Məncə, xal itkiləri hələ çox olacaq"

Qurban Qurbanov: "Məncə, xal itkiləri hələ çox olacaq"
20:27 17 Fevral 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ "Ağır oyun oldu. Sonda vacib qələbə qazandıq. Rəqib sonadək mübarizə apardı. Bizim üçün heç də asan olmadı. Futbolçularımı təbrik edirəm".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis rəqibin çıxışını xüsusi qiymətləndirib: "Ötən il 3:1 hesabı ilə udduğumuz oyundan sonra "Qəbələ" cəmi bir qol buraxmışdı. Bu gün də o vaxtdan sonra ilk dəfə məğlub oldu. Qış fasiləsindən sonra rəqib iki qələbə qazanmışdı. Bu isə hazırlıq prosesini normal keçməsindən və bu gün də sərbəst çıxışından xəbər verirdi".
Qurbanovun sözlərinə görə, turun ilk oyun günündə lider "Neftçi"nin səfərdə "Zirə" ilə görüşdə 0:0 hesablı heç-heçə edərək, xal itirməsi "Qarabağ"ın futbolçularında təzyiq yaradıb: "Ola bilər ki, bu təzyiq hiss olunsun. Ancaq qarşımıza məqsəd qoymuşuq ki, hər matçda oyunumuzu yaxşılaşdıraq. Məncə, xal itkiləri hələ çox olacaq. Gördüyünüz kimi, çempionatımız gərgin keçir. Öz oyunumuz barədə düşünürdük".
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turunun son oyununda “Qarabağ” “Qəbələ”ni məğlub edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qurban-qurbanov-bizim-ucun-hec-de-asan-olmadi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR