Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı
20:52 17 Fevral 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir əlində mobil telefon, digər əli ilə isə sükan tutaraq avtobusu idarə edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu sürücü sərnişinlərin həyatını təhlükəyə atır. Hadisə Yevlax-Gəncə istiqamətinə hərəkət edən  9 nömrəli marşrut avtobusunda baş verib.

Avtobusun içərisində olan sərnişinlərdən biri bu anı telefonu ilə çəkərək Xəzər Xəbərin votsap nömrəsinə göndərib.

Görüntülərdən də bilinir ki, avtobusun sürücüsü mobil telefonla danışa-danışa avtobusu sürür. Nəticədə də o, həm özünün, həm də sərnişinlərin həyatını təhlükəyə atır.

Verilən məlumata görə, sürücü təxminən yarım saat bu vəziyyətdə avtobusu idarə edib.

Qeyd edək ki, belə vəziyyətdə həmin avtobusun sürücüsünü inzibati xətalar məcəlləsinə görə, 50 manat miqdarında cərimə gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/731474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR