Cəlilabadda çay daşqınının fəsadlarının aradan qaldırılması məqsədilə komissiya yaradılıb

Cəlilabadda çay daşqınının fəsadlarının aradan qaldırılması məqsədilə komissiya yaradılıb
20:52 17 Fevral 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 17 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda intensiv yağıntılar nəticəsində ötən gün baş vermiş çay daşqını ilə əlaqədar olaraq komissiya yaradılıb.
"Report"un Muğan bürosu xəbər verir ki, komissiya sel sularının yaratdığı fəsadları aradan qaldırması məqsədilə Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən yaradılıb. Hazırda komissiya təsərrüfatlara dəyən ziyanı hesablayır.
Qeyd edək ki, təbiət hadisəsi ötən gün rayonun Sabirabad kəndində baş verib. Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq, ətraf ərazilərdə olan evlərin həyət və zirzəmilərini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb.
Hadisə yerinə rayon icra hakimiyyətinin texnikaları cəlb edilib. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ötən gecə və bu səhər hadisə yerində olub.
Qeyd edək ki, bu çay əvvələr də intensiv yağıntılar zamanı dəfələrlə daşıb.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/komissiya-tesserufatlara-deyen-ziyani-hesablayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR