Çində yaşayış binasının uçması nəticəsində 3 nəfər ölüb, xəsarət alanlar var

Çində yaşayış binasının uçması nəticəsində 3 nəfər ölüb, xəsarət alanlar var
00:37 18 Fevral 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Çinin şərqində, Fuçjou şəhərində yaşayış binasının uçması nəticəsində 3 nəfər həlak olub.
Bu barədə "Report" "Sinxua" agentliyinə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin daha 14 nəfər yaralanıb.
Məlumata görə, binanın bütün mərtəbələri dağılıb. Dağıntılar altında 17 nəfər qalıb. Onlardan 3-ü aldıqları xəsarətlərdən sonradan ölüblər. Digər yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 6-a tibbi yardım göstərilib və həmin şəxslər xəstəxanadan evə buraxılıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hadise-zamani-hemcinin-daha-14-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR