Cüdoçularımız Avropa kubokunda 4 medal qazandı

Cüdoçularımız Avropa kubokunda 4 medal qazandı
02:58 18 Fevral 2019
120 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər.

Yeniyetmə idmançılarımız 1 gümüş və 1 bürünc medal qazanıblar. 73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.

Qeyd edək ki, Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib və cüdoçularımızdan 4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/269945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR