Çini ən kök adamı yarım ilə 142 kq arıqlayıb

Çini ən kök adamı yarım ilə 142 kq arıqlayıb
10:01 18 Fevral 2019
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çinin ən ağır çəkili insanı Van Haonan yarım il ərzində 142 kq arıqlayıb.

Trend-in məlumatına görə, bundan əvvəl çəkisi 334 kq olan 19 yaşlı V.Haonanın boyu 2 sm artıb, ayağı isə 4 ölçü azalıb.

Bu, Şandon vilayətindən olan gəncin mədəsinin kiçildilməsi üzrə cərrahiyyə əməliyyatı sayəsində mümkün olub.

Həkimlər bundan əvvəl artıq çəki ilə əlaqədar ürək, qaraciyər və ağciyərlərində problem olan V.Haonanın vəziyyətinin indi yaxşılaşdığını bildirirlər.

Çinli gənc bu il çəkisini 100 kq-dək azaltmağı planlaşdırır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3020954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR