x
Loading...
.

KİV: Zidan “Çelsi”yə rəhbərlik etmək üçün iki şərt irəli sürüb

KİV: Zidan “Çelsi”yə rəhbərlik etmək üçün iki şərt irəli sürüb
10:12 18 Fevral 2019
66 Digər
Ölkə mətbuatı
A- A+
.

Bakı. 18 fevral. REPORT.AZ/ Fransalı sabiq futbolçu Zinəddin Zidan İngiltərənin “Çelsi” komandasının baş məşqçisi olmaq üçün iki şərt irəli sürüb.
“Report” “The Sun”a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis klub rəhbərliyindən minimum 220 milyon avroluq transfer büdcəsi və belçikalı yarımmüdafiəçi Eden Azarın komandada saxlanılmasını istəyib.
2016 - 2018-ci illərdə İspaniya “Real Madrid”inə rəhbərlik etmiş Zidan Çempionlar Liqasını ardıcıl 3 dəfə qazanan ilk mütəxəssis kimi tarixə düşüb. O, ötən mövsümün sonunda öz istəyi ilə postunu tərk edib.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında 26 turdan sonra 50 xalla 6-cı pillədə qərarlaşıb. “Zadəganlar”ın rəhbərliyi ötən yay baş məşqçi vəzifəsinə təyin etdikləri italiyalı Mauritsio Sarrini istefaya göndərmək istəyir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zidan-celsi-ye-rehberlik-etmek-ucun-iki-sert-ireli-surub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR