"Azərbaycanda müəssisələr dövriyyəni yüz milyonlarla manat azaldır"

"Azərbaycanda müəssisələr dövriyyəni yüz milyonlarla manat azaldır"
11:42 18 Fevral 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması 2019-cu ildə xüsusi diqqət ayrılacaq prioritetlərdən biri olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.

Nazir bildirib ki, ötən ilin yekunu üzrə iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlər - 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyənin azaldılması faktları aşkarlanıb:

"Bizim ilk funksiyamız bütün faktları aşkara çıxarmaq və müəssisələri vergiyə cəlb etməkdən ibarətdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/731601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR