İkardi arvadına görə bacısı ilə dalaşdı - FOTO

İkardi arvadına görə bacısı ilə dalaşdı - FOTO
11:57 18 Fevral 2019
107 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in futbolçusu Mauro İkardi sosial mediada həyat yoldaşı Vanda Naraya görə bacısı İvana İkardi ilə dalaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı ulduz bundan əvvəl "İnter"də kapitanlıq sarğısından məhrum edilmiş və "Rapid"lə oyunun heyətinə salınmamışdı. Daha sonra İtaliya klubunun azarkeşləri baş verənlərə görə Naranı ittiham edirək, onun maşınını daşa basmışdı.

Qardaşının arvadı ilə yola getməyən İvana isə "Twitter"də paylaşım edərək, Vandanı ittiham etmişdi.

İvana son olaraq "Twitter"də "Qardaşımı geri istəyirəm" yazıb. Futbolçu isə bacısına belə cavab verib: "Bu, əsla olmayacaq. Niyə işləməli olduğun zamanı burda xərcləyirsən? Belə edərək heç nəyi əldə edə bilməyəcəksən. Məndən başqa 6 bacı-qardaşın var. Niyə onlara zəng etməyə cəhd etmirsən?"

İvananın da qardaşına cavabı özünü gözlətməyib: "Mən onlara zəng etdiyim zaman cavab verirlər. Onların arxasında gözlərini kor etmək üçün cadu etdirən bir ilan da yoxdur. Bu qədər axmaq olmaqdan vaz keç və gözlərini aç. Olduğun insan olmağa geri dön".

Mübahisədən sonra Vanda "Instagram" hesabından əri, iki uşağı və atasının olduğu fotonu "İkardi ailəsi bir arada" başlığı ilə paylaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR