Xəzəryanı ölkələrin gənc modelyer-dizaynerlərin moda festivalı keçirilib

Xəzəryanı ölkələrin gənc modelyer-dizaynerlərin moda festivalı keçirilib
11:57 18 Fevral 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral REPORT.AZ/ Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin gənc modelyer-dizaynerlərin “Fella Fashion Show” adlı moda festivalı keçirilib.
Azərbaycanın Aktau şəhərindəki Baş konsuluğundan "Report"a verilən məlumata görə, tədbir Aktau şəhər hakimiyyətinin dəstəyi ilə təşkil olunub. 
Festivalda Qazaxıstan modelyer dizaynerləri ilə yanaşı, Azərbaycan, Özbəkistan və Türkmənistan modelyerlərinin geyimləri də nümayiş etdirilib.
Azərbaycanı dəb gecəsində gənc modelyer Zümrüd Mirzəliyeva təmsil edib. Onun yeni yaz kolleksiyasından olan geyimləri iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.











Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/xezeryani-olkelerin-genc-modelyer-dizaynerlerin-moda-festivali-keciril

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR